<?xml version="1.0" encoding="UTF-8" ?><!DOCTYPE wml PUBLIC "-//WAPFORUM//DTD WML 1.1//EN" "http://www.wapforum.org/DTD/wml_1.1.xml"><wml>
<card title="wap.contact.com.az" newcontext="true">
<table border="0" width="100%">
<tr>
<td>
	<a href="index.php?lang=az">AZ</a>
	<a href="index.php?lang=ru">RU</a>
	<a href="index.php?lang=en">EN</a>
</td>
<td align="right">
	<a align="right" href="index.php?lang=az">Əsas Səhifə</a>
</td>
</tr>
</table>
<p align="center"><b>wap.contact.com.az</b></p>
<p align="center">

	<a href="view.php?menu=news&amp;lang=az&amp;type_id=56">Deməyə sözüm var...</a><br/>
	<p align="center">HƏQİQƏT ÖNÜNƏ QOYULAN YALAN VƏ YALTAQLIQ</p>
	<p align="justify">07.11.2008 00:12<br/>&lt;FONT size=&quot;2&quot;&gt;&lt;FONT face=&quot;Arial&quot;&gt;Rüstəm İbrahimbəyovun «Pravda.ru» saytına müsahibəsi parlamentdə «qızğın» müzakirədən sonra cəmiyyət daxilində müzakirələrə səbəb olub. &lt;BR&gt;&lt;BR&gt; RÜSTƏM İBRAHİMBƏYOV NƏ DEYİB?&lt;BR&gt;&lt;BR&gt; Maraqlı nədir? Maraqlı budur ki, R.İbrahimbəyovu həmin müsahibəsində «Bakıda şəhər ritminin pozulması, şəhərə iki milyon şəhər həyatına hazır olmayan adamın gəlməsi» kimi gün tək aydın həqiqəti yazdığına görə tənqid edirlər. Söhbət heç də R.İbrahimbəyovun müdafiəsindən yox, onun yazdıqlarının həqiqət olmasından gedir. &lt;BR&gt; Bəli, Bakıda şəhər həyatının ritmi pozulub. Artıq Bakı mədəniyyət daşıyıcısı olan şəhər kimi fəaliyyət göstərə bilmir, adi məişət təmizliyindən, davranış mədəniyyətinə kimi hər şey pozulub. Şəhər paytaxt şəhərə yox, təsadüfi gəlir əldə etmək məntəqəsinə dönüb. Paytxat öz əvvəlki təmizliyini itirib, hansı binanın önündən keçirsənsə zibil dolu sellofan kuloklar adamın gözünə girir, qurumuş çörəkdən tutmuş meyvə qırıntısına qədər nə desən binaların önündə tapmaq olar. Bu məişət təmizliyinə nümunədir, müəyyən şəhər həyatı yaşamış şəxsi məcbur etsən də zibili yaşadığı məhəllənin önünə atmaz. Binaların önündə saxlanılan inomarkalar yolu tutaraq zərurət üzündən tibbi yardıma gələn maşınların blokların önünə keçə bilməsinin qarşısını alır. Bu isə adi düşüncəsizliklə yanaşı, həm də bu insanın bu həyatı yaşamamasının nəticəsidir. «Bu mənim məhəlləmdir, bu mənim həyatımdır, bu mənim şəxsi həyat tariximin bir hissəsidir və ya hamısıdır» anlayışı olmadığından bu yeni gələn üçün şəhər həyatında doğma heç nə olmur. &lt;BR&gt;&lt;BR&gt;İÇƏRİ ŞƏHƏRİ BAKIDA ŞƏXSİ HƏYAT TARİXİ OLMAYANLAR DAĞIDIR&lt;BR&gt;&lt;BR&gt; Bakılı və Bakı ilə bağlı həyat tarixi olan şəxs, rəhbər İçəri şəhərə qıymazdı. Həmişə hər bir insanın içində keçmişə bir nostalji yaşayır və ən maraqlısı budur ki, bu yaşanmış keçmiş tarix gözəl olacağı vəd edilən gələcəkdən daha qiymətli olur. Bu mənada, İçəri şəhəri Bakıda şəxsi həyat tarixi olmayanlar dağıtdılar. «Bax, bu küçədə nənəmlə getmişəm, bax, burada filan qızla söhbətim olub, bax, burada mübahisəm düşüb, burada filan dükan var idi» və s. tarixi olmayanlar bu İçrəi şəhəri öz nəfs və tamahlarına qurban verdilər.&lt;BR&gt; Artıq İçəri şəhərə girəndə orada keçmişin haləsi yox, qeyri-müəyyənlik haləsi hakim kəsilir. Biz demirik ki, İçəri şəhər başdan-başa unikallıq idi, əbəttə yox, amma bu, tarix idi və bu yaşanmış tarixə sonradan əlavə və düzəlişlər həmin tarixi saxtalaşdırmaqdır. Beləliklə, «İçəri şəhər» adlı tarixi saxtalaşdırdılar. Biz demirik ki, həmin tarixin bütün səhifələri bizim üçün fəxr yeri idi, deyirik ki, bu bizim yazılmış tariximiz idi və həmin tarixə əl gəzdirmək olmazdı. İçəri şəhər şəhər içində şəhər deyildi, İçəri şəhər şəhərin, millətin, torpağın, dənizin tarixi idi. Ona görə də bu tarixi tarixi olmayanlar dağıtdı. Çünki tarixi olmayanlar həmişə tarixi olanlara həm qibtə, həm də nifrət ediblər. Ermənilər bu gün bizə niyə nifrət edir? Çünki tariximiz var, orada tarixi həqiqətlər var, həmin həqiqətləri danmaq olmur, danmaq üçün yeganə yol var, o da barbarlıqdır, həmin tarixi dağıtmaqdır. İçəri şəhəri dağıdanlar kimi.&lt;BR&gt;&lt;BR&gt; DAVRANIŞ RİTMİ &lt;BR&gt;&lt;BR&gt; Davranış ritminə gəlincə, burada vəziyyət daha dəhşətdir. Səbəb budur ki, hansı səbəb üzündən olursa-olsun, şəhərə gələn kimsə hələ hara gəldiyinin fərqində deyil. Gələn adam hələ başa düşmür ki, o, paytaxtdadır, burada dünya ölkələrini təmsil edən qurumlar var, bu qurumlar danışığımızdan rəftarımıza qədər hər şeyi müşahidə edir, öz ölkələrinə kimliyimiz barədə hesabat verir. Həm də davranış insanın kimliyinin aynasıdır. &lt;BR&gt; Gördüklərimiz isə bunu təsdiqləyir ki, şəhərə gələn insanlar sərbəstliyi əxlaqdan kənara çıxmaq kimi anlayırlar, ictimai yerdə yasaq olan mövzular barədə belə danışmaqdan çəkinmirlər. Hər gün Bakının küçələrində, ictimai toplaşmanın mümkün olduğu yerlərdə insanlar bunu müşahidə edirlər. Bu, mübahisə istəməyən və həm də gözlə görünən həqiqətdir. &lt;BR&gt; Gözlə görünən həqiqətdir ki, öz kəndində, rayonunda ailəsi, soyu-kökü tanındğı üçün özünü olmadığı kimi aparanlar Bakıya gəldikdən sonra burada tanınmadığı üçün özünü çərçivədən kənar aparır və beləliklə, kəndində, rayonunda qorumaq istədiyi nəsil-nəcabətinin «əsl kimliyi»ni öz şəxsi davranışı ilə ortaya qoyur. Valideyn yanında daim təzyiq altında olanlar onlardan ayrı bu təzyiqdən azad olur, sərbəst ola bilmir. Çünki, sərbəst olmaq bir çox keyfiyyətlərin məcmusudur və həmin keyfiyyətlər olmadıqda sərbəstlik özü də tərbiyəsizliyə dönür. Niyə? Çünki, həmin sərbəst olan «ailəmi, soyumu, millətimi, özümü təmsil edirəm» şüuruna söykənir. Təzyiq altından çıxan isə yalnız bu vaxta qədər gördüyü təzyiqin acısını çıxmaq üçün əxlaq çərçivəsi ona dar gəlir, buna görə də davranışı ətrafa narahatlıqla birgə, həm də ikrah doğurur.&lt;BR&gt; RÜSTƏM İBRAHİMBƏYOVUN DEMƏDİYİ HƏQİQƏTLƏR &lt;BR&gt;&lt;BR&gt; R.İbrahimbəyov hamı kimi olmayan, özü kimi qalmaq istəyənlərin Bakıda həyatın bir küncünə atıldığını yazır. Bu da həqiqətdir. &lt;BR&gt; Mənəvi dəyərlər bir tərbiyə olduğu üçün daim təbliğə, nümunəyə ehtiyac duyur. Tərbiyə vasitələrindən biri olan telekanalların bir hissəsi tərbiyəsizliklə, bir hissəsi də yalanla dolub və belə olan halda insanlar deyilən yalanı yox, həqiqəti, tərbsiyəsizliyi yox, tərbiyəliliyi təəccüblə qarşılayırlar. R.İbrahimbəyovun dediyi sürücünün pul istəməsi çox kiçik və sadə bir pozuntudur. &lt;BR&gt; Amma hər gün efir vasitəsilə bizdən sorğu-sualsız evimizə girən, mənası və mahiyyəti olmayan, bayağılıq və şitlik tökülən verilişlər, bunların aygünlər, pişik günellər, ruhilər, ayazlar, səmədlər və daha nə bilim kimlər kimi səviyyəsiz, yalançı, nə bilim neçə üzlü iştirakçıları zövqləri korlamaqla yanaşı həm də mənəvi dəyərləri korşaldırlar.&lt;BR&gt; Ölkədə bir normal telekanal yoxdur ki, nəyəsə baxıb babat olduğunu söyləyə biləsən. Birində mədhiyyə, birində yalan, birində şitlik, birində yalançı vətənpərvərlik, birində təhqir və i.a. və s. &lt;BR&gt; Belə olan bir mühitdə vətəndaş yetişməsi problemə dönür.&lt;BR&gt;&lt;BR&gt; VƏTƏNDAŞLIQ OLMAYANDA &lt;BR&gt;&lt;BR&gt; Milli Məclisdəki müzakirələri başa düşürük və burada problem bu insanların vətəndaş ola bilməmələrində, bir qisminin R.İbrahimbəyova şəxsi neqativ münasibətindədir. Əgər düzünə qalsa, buna Milli Məclis də demək olmur, çünki, bu deputatlar özləri də yaxşı bilirər ki, onları seçməyiblər, sadəcə təyin ediblər və ona görə də heç bir halda vətəndaş mövqeyi nümayiş etdirə bilmirlər, belə mövqelər olduqda bu, onlara «yetim əlində qoğal kimi» əcaib görünür. Odur ki, Yaqub Mahmudovlar, Nizami Cəfərovlar indiyə qədər rəsmi Bakının siyasəti barədə bir kəlmə belə danışmayan R.İbrahimbəyov bu haqda «ağzını açanda» bunun əleyhinə «xor kapellası» yaratdı. Amma nahaq. &lt;BR&gt; Ölkənin torpaqları işğal altında, hakimiyyətlə demokratik dünya arasında problemlər, polis və məmur özbaşınalığı, məhkəmə hüquqsuzluğu olan yerdə görəsən R.İbrahimbəyov nəyə tərif deməli idi axı? Əgər bu milləti vəkil adına ağzıbaşına danışan siyavuşlar, əhədlər, əhmədovlar və daha kimlərsə təmsil edirsə, bu, faciədir. Bundan da ağır faciə budur ki, bu şəhər alt-üst edilir, kimliyi, haradan gəldiyi bilinməyənlər bu şəhərin tarixilə bağlı nə varsa hamısını dağıdır, QHT-lər, hüquq müdafiəçiləri haray salır, amma bu «millət vəkili» adlananlar sovet dövründəki deputatlar olduqlarını sübut edərək, səslərini belə çıxarmırlar. Nə oldu, hanı sizin vətəndaşlığınız? &lt;BR&gt; &lt;BR&gt;MİN İLLƏR BOYU BAKIDA CƏMİ 32 KƏND YARANIB, SON 15 İLDƏ İSƏ BU KƏNDLƏRİN SAYINDAN DƏFƏLƏRLƏ ÇOX &lt;BR&gt;&lt;BR&gt; Min illər çəkən tarix ərzində Bakıda cəmi 32 kənd formalaşıb və bunlar Zabrat, Maştağa, Nardaran, Binə, Türkan, Zirə, Qala, Novxanı, Masazır, Binəqədi, Digah, Goradil, Fatmayı, Xocahəsən, Xırdalan, Biləcəri, Bilgəh, Qobu, Əmircan, Pirşağı, Kürdəxanı, Məhəmmədi, Buzovna, Hökməli, Mərdəkan, Şüvəlan, Corat, Saray, Balaxanı, Əhmədli, Hövsan, Şağan kəndləridir.&lt;BR&gt; Amma son 15 ildə isə Bakı kəndlərinin iki misli qədər rayon əhlindən ibarət yeni qəsəbələr salınıb. Bakı kəndlərinə məxsus torpaqları bələdiyyələr bu kəndlərin sakinlərindən başqa kimə desən satır, bu sakinlərə gələndə, torpaq «tapılmır». Bakı kəndləri ətrafında gəlmələrdən ibarət bütöv yeni qəsəbələr salınır, demoqrafik balans pozulur. Yenə bu bələdiyyələr vətəndaşlardan pul alaraq, topraqları atasının malı kimi kimə gəldi satır, ev tikməyə razılıq verir, ev tikilir, sonra hansısa «dövlət əhəmiyyətli tikinti» peyda olur, min əziyyətlə tikilən həmin evlər məhkəmə qərarı olmadan, əvəz ödənmədən traktor və buldezorların ağzına verilərək darmadağın edilir. Bu ölkədə mülkiyyət toxunulmazlığı, mülkiyət sahibliyi, sahibkarlıq adlı anlayış ancaq parodiyadır. &lt;BR&gt; Mülkiyyət dağıdılır, milyonlarla ziyan vurulur, amma xalq adından seçilən və ilk növbədə vətəndaşın hüquqlarını qorumağa məsul olan bu parlament insanların hüquqlarını müdafiə etmək əvəzinə ya kor olur, ya da lal. Çünki, «icra hakimiyyəti» dediyimiz mexanizmin önündə hamısı gözükölgəlidir, çünki, hamısı qanunsuz olaraq sahibkarlıq fəaliyyətilə məşğul olduqları üçün istənilən vaxt hüquq-mühafizə orqanlarının «yağlı şikarına» dönürlər. Üzükölgəlik olan yerdə vətəndaş mövqeyi ola bilməz. Özlərini onlara inanmaq istəyənlərə məsum göstərən bu deputatlar mənəvi baxımdan insan olmaq sınağında heç kimdirlər. &lt;BR&gt;&lt;BR&gt;VARSA HANI, YOXDURSA, NƏDƏN DANIŞIRLAR?&lt;BR&gt;&lt;BR&gt; Mən heç cür anlaya bilmirəm ki, bütün ölkənin iqtisadi gücünün bir Bakı şəhərində cəmləşdirilməsi nə deməkdir? Yəni, bu ölkə bir Bakıdan ibarətdir və onun başqa yaşayış məntəqələri yoxdur? Axı hanısı rəsmi qəzeti açırsan aç, bölgələrin iqtisadi inkişafından, yeni iş yerlərinin açılmasından, əmək haqlarının yüksək olmasından danışır.&lt;BR&gt; Varsa, niyə digər bölgələr inkişaf etmir və həmin bölgələrin adamları Bakıda tikintidə ya fəhləlik, ya da şəhərin küçələrində «taksovat»lıq edir?&lt;BR&gt; Məgər, insan da xoş rifahı, xoş güzəranı, evi-eşiyi, odu-ocağı olan yeri qoyub bir naməlumluq ardınca köç edər? Anlaşılmır. Bu, təqribən mənim yadıma islam ölkələrində baş verən bir prosesi salır. İslam ölkələrində yaşayanlar Qərbi daim bu ölkələri sıxışdırmaqda ittiham edir, amma öz ölkələrindən müharicət etmək lazım gələndə, digər müsəlman dövlətinə yox, məhz yamanladığı Qərb ölklərinə üz tutur, burada yaşayır, qazanc əldə edir, sərvət, mal-mülk sahibi olur. Bunu başa düşmədiyim kimi eynilə də ölkənin hər yerində inkişaf getdiyi halda hamının Bakıya axışmasını başa düşə bilmirəm.&lt;BR&gt;&lt;BR&gt;SƏBƏB BİRDİR: SÜRÜNMƏK ÜÇÜN YARANANLAR UÇA BİLMƏZLƏR &lt;BR&gt; &lt;BR&gt; Bunu məsəl olaraq dedik. Əgər insan daxilən azad deyilsə, əşrəf ola bilmir. Bu gün iqtidarı dəstəkləmək anlayışını başa düşə bilmirəm. Əlində səlahiyyətdən güc strukturlarına qədər bütün hökmlərin cəmləşdiyi bir idaretmə aparatının fərdi olan kimlərinsə müdafiəsinə hansı ehtiyacı ola bilər? Bunun adı yarınmaq, yaltaqlanmaqdır. Amma bu yaltaqlığı dövlətçilyi, cəmiyyəti, milləti müdafiə adı ilə sırımaq başa düşülmür. Görünür, Milli Məclisdə özlərinə alim deyənlər, özlərini “seçilmişlər” sananlar yaltaqlıqla yardımçı olmaq fərqini hələ başa düşmək gücündə deyillər. Məsələ bu qədər sadə və bəsitdir. &lt;BR&gt; Nə R.İbrahimbəyovun, nə də iqtidar dediyimizin müdafiəyə ehtiyacı yoxdur, bəs o zaman bu şəxslər kimi və nəyi müdafiə ediblər, bunu izah etsinlər. Bunu da izah edə bilməyəcəklər, çünki, daxili köləlik bitən məsələ deyil… &lt;BR&gt;&lt;BR&gt;“ELİTA YOXDUR” HƏQİQƏTİ &lt;BR&gt;&lt;BR&gt; Bəli, hazırda ölkədə kübar təbəqə yoxdur, bu, faktdır. Çünki, kübar təbəqə 5-10 ilə əmələ gəlmir, kübarlıq və ya ziyalılıq kiminsə hansı vəzifədə olması, gündə hamamda çimməsi, villalar tikdirməsi, təzə kostyum geyməsi və ya qalstuk bağlaması, deputat seçilməsi ilə ölçülmür. Bu təbəqə bütünülkdə milləti yönləndirən, onun hədəflərini müəyyən edən təbəqədəir. Bu təbəqə xalqın maddi və mənəvi dərdlərini daim aradan qaldırmağa çalışan təbəqədəir. Bu təbəqə millətin tarixə düşən hissəsi və onun təmsilçisi olan təbəqədir. Dərdi şəhərin mərkəzində ev almaq, biznes qurmaq, xarici avtomaşınlara sahib olmaq, xalqın adından danışmaq səlahiyyətinə malik olmaq, xarici ölkələrə turist səfərləri etmək olanlar yalnız öz problemləri qədərdir və istəsələr də, böyük ola bilməzlər. Əgər özünü ziyalı sayan, kübar hesab edən Zəlimxan Yaqub bilsəydi ki, Bakı kəndlərində saqqalının hər tukü yüzlərlə zəlimxanlardan ağır gələn ağsaqqlar var, heç vaxt bu kəndləri də əhatə edən Sabunçu rayonundan deputat seçdirilməsinə razılıq verməzdi. Eləcə də, qalan deputatlar həmin qayda ilə bir abır-həya edərdilər. Seçilmədiyinə əmin olduğun halda, bu yalanı və saxtakralığı həqqiət kimi qəbul etməklə artıq kübar, ziyalı olmaq hüququ sıradan çıxır və artıq bundan danışmağın özü eybəcərlikdir. &lt;BR&gt; Həqiqət olmayan yerdə yalan olur, bütün günahlarsa yalandan başlanır, günahsa naqisliyin nəticəsidir, naqis olanın kübar və ya ziyalı olması isə sadəcə absurddur. Bu qədər.&lt;/FONT&gt;&lt;/FONT&gt;&lt;BR&gt;</p>
	<a href="view.php?menu=news&amp;lang=az&amp;type_id=56">Deməyə sözüm var...</a><br />
<b>Warning</b>:  mysql_close(): supplied argument is not a valid MySQL-Link resource in <b>/home/contact/public_html/wap/view.php</b> on line <b>39</b><br />
</p>
</card>
</wml>